Xəbər verdiyimiz kimi, Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bununla bağlı Xəzər TV süjet hazırlayıb.
Məlumata görə, artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.
Universitetin dekanı Elmar Mustafayev bildirib ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək. Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.
Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.
Daha ətraflı videomaterialda:
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto