ABŞ Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi çərçivəsində Türkiyədə qeydiyyatdan keçmiş 18 şirkətə sanksiya tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Şirkətlər Türkiyənin müxtəlif şəhərlərində qeydiyyatdan keçib, əksəriyyəti İstanbulda yerləşir. Antalya, Konya, Ankara, Bursadan şirkətlər var. Siyahıya daxil olan şirkətlərin bəziləri müxtəlif təyinatlı malların idxalı və ixracı ilə məşğul olur. Şirkətlərdən ikisi dəniz gəmilərinə xidmət göstərən və ya inşa edən tərsanədir. Bir neçə şirkət müxtəlif təyinatlı və komponentlər üçün sənaye avadanlığı, həmçinin sənaye obyektlərində xidmət bölmələri təqdim edir.
Siyahıya həmçinin biokimya üçün tibbi avadanlıq, kimyəvi reagentlər və materiallar təqdim edən şirkət də daxildir.
Qeyd edək ki, may ayında ABŞ Maliyyə Nazirliyi Türkiyədə qeydiyyatdan keçmiş 17 şirkətə qarşı sanksiya tətbiq edib.
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?