Əcnəbilər, xüsusilə əfqanıstanlı qaçqınlar ölkədən çıxarılacaq, şərq sərhədlərində divar çəkiləcək.
BUTA.TV xəbər verir ki, bunu İran Parlamentinin spikeri, prezidentliyə namizəd Məhəmməd Bagir Qalibaf deyib.
O bildirib ki, prezident seçiləcəyi təqdirdə qeyd olunan məsələlərin yerinə yetirilməsi üçün çalışılacaq:
“Əfqanıstanla sərhəddə divar çəkilməsi üçün isə indidən büdcə nəzərə alınıb”.
Qeyd edək ki, İranda təxminən 3.5 milyon əfqanıstanlı yaşayır. 2021-ci ildən Talibanla İran hökuməti arasında başlayan gərginlik səbəbindən əfqanıstanlı qaçqınlara qarşı təzyiqlər daha da artıb, onların ölkədən çıxarılması prosesi sürətləndirilib.
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto
- Bu yolda sürət həddi endirildi