AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib.
3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.
Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto