ABŞ Prezidenti Co Bayden Ukraynada daha bir “Patriot” raket sisteminin yerləşdirilməsinə razılıq verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Baydenin qərarı keçən həftə bir sıra yüksək səviyyəli görüşlərdən və ABŞ-ın döyüş hazırlığına xələl gətirmədən Ukraynanın hava hücumundan müdafiəyə olan təcili ehtiyaclarının necə ödənilməsinə dair daxili müzakirələrdən sonra qəbul edilib.
“Patriot” sisteminin Polşadan göndəriləcəyi bildirilib.
Qeyd edək ki, ötən gün Almaniya kansleri Olaf Şolts da Ukraynaya 3-cü “Patriot”u göndərəcəklərini açıqlayıb.
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə