İran ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını pisləyir və orada Tehrana qarşı irəli sürülən əsassız, qəbuledilməz ittihamları rədd edir.
BUTA.TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
Kənani İran əleyhinə bəyanatı əsassız və siyasi məqsədlər güdən adlandırıb:
“İranın regionda, eləcə də dünyada sabitlik və təhlükəsizliyin bərqərar olması, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün terrorçu qruplarla mübarizədə rolu danılmazdır”.
Qeyd edək ki, Makron Baydenlə Yelisey sarayında danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Tehranın regionda sabitliyi pozan hərəkətlərini dayandırmaq üçün Paris və Vaşinqtonun İrana təzyiq göstərmək niyyətində olduğunu bildirmişdi.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video