Bakıda balıq tutmaq istəyən kişi dənizdə bataraq ölüb.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunun Dübəndi neft terminalının yaxınlığında baş verib.
Belə ki, ötən gün səhər saatlarında 1978-ci il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyev arvadı Zemfira İbrahimova ilə birlikdə nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə batıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.
Onun meyiti axşam saat 12 radələrində həmin terminalın yaxınlığında dəniz sahilindən 800 metr məsafədə dənizdə yerləşən qayanın yaxınlığında aşkar edilib.
Qeyd edək ki, M.Mirzəyev idmançı olub. O, sualtı idman növü ilə məşğul imiş.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video