Sərhədlərin açılması müvəqqəti nəzərdə tutula bilər. Amma hələki belə bir tələb ortaya qoyulmayıb.
Bu sözləri BUTA.TV-a millət vəkili Fazil Mustafa quru sərhədlərin COP29 ərəfəsində açıla biləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə bir qərar yalnız COP29 ərəfəsində bəlli olacaq:
“Bu tədbirə çox sayda insan gələcək. Belə bir şəraitdə sərhədlərin açıq olması yəqin ki, bir zərurətə çevriləcək. Amma quru sərhədlər Operativ Qərargahın mülahizələri əsasında bağlı saxlanılır. Hökumət bu istiqamətdə hansısa bir addım atmağı nəzərdə tutmur. Görünür, müəyyən mənada virus və başqa təhlükə səbəbindən bağlı saxlanır. İndi o situasiyada doğru və optimal qərar veriləcək. İndidən qəti bir söz demək tezdir”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video