Portuqaliya çempionatını izləsəm də, Fabian Buntiçin adını birinci dəfədir eşidirdim. Bir neçə oyununa baxdım, pis qapıçı deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın yeni qapıçısı xorvatiyalı Fabian Buntiç haqda danışarkən deyib.
Məstəliyev qeyd edib ki, qapıçının boyu hündürdür, bu da hündürdən atılan topları dəf etməyə kömək edə bilər:
“Pis qapıçı deyil, amma “Qarabağ”a “pis qapıçı deyil” ifadəsi ilə qapıçı gətirmək olmaz. Andrey Lunyovdan sonra o posta ən azı onun kimi qapıçı gəlməli idi. İlk baxış üçün Buntiç Lunyov ilə müqayisəyə belə gəlmir.
Biz Buntiçi Lunyovu əvəz edəcək kimi görürük. Amma ola bilər ki, Buntiç ikinci qapıçı kimi də gələ bilər. Çünki Luka Quqeşaşvilinin də getmə ehtimalı var. Ümid edək ki, Buntiç ikinci, əvəzedici qapıçı kimi Quqeşaşvilinin yerinə gəlmiş olsun”.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video