Şəmkirdəki fermaların birində 36 baş iribuynuzlu heyvan bir günün içində qəfildən tələf olub.
BUTA.TV Baku TV-ə istinadən xəbər verir ki, təsərrüfat sahibi Anar Məmmədovun sözlərinə görə, hadisə heyvanlar xəstəliklərə qarşı dərmanlandıqdan sonra baş verib:
"Neastol" adı ilə aldım, 48 heyvanı çimizdirib çölə buraxdım. Bir saat ərzində 36 baş iribuynuzlu heyvan tələf oldu. Mən bilmək istəyirəm ki, bu dərman harada istehsal olunur?"
Heyvandarlıqla məşğul olan digər təsərrüfat sahibləri isə bildiriblər ki, Anar Məmmədovun istifadə etdiyi dərmanın "Neastol" məhlulu olması, ümumiyyətlə, şübhə doğurur.
Hadisədən dərhal sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələri tərəfindən müvafiq addımlar atılıb.
Qeyd edək ki, heyvanların kütləvi tələf olmasının dəqiq səbəbi AQTA-nın apardığı laborator müayinələrin nəticələri əsasında bilinəcək.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir