ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun 8 iyunda keçirdikləri görüşün yekunlarına aid birgə bəyanatda bildirilib.
“Prezidentlər hakim Gürcü Arzusu Partiyasını ictimaiyyətin istəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağa çağırırlar”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməsi Qərbdə ciddi narazılığa səbəb olub. ABŞ buna görə Tiflisə sanksiyaları nəzərdən keçirir, eyni zamanda AB viza rejimini sərtləşdirəcəyini elan edib.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir