ABŞ-ın Ukraynadakı silahlı münaqişəyə cəlb edilməsi təkcə bu ölkənin əhalisi üçün deyil, həm də bütün Avropa üçün potensial fəlakətli nəticələr verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Prezident (Co Bayden) əvvəldən bildirib ki, biz burada Üçüncü Dünya savaşına çalışmırıq. Həmçinin Rusiya ilə də müharibə istəmirik. O bilir və dəfələrlə deyib ki, sözügedən konfliktin bu səviyyədə genişləndirilməsi təkcə Ukrayna xalqı üçün deyil, həm də potensial olaraq Avropa kontingenti üçün fəlakətli olar. Bu, ABŞ-ın maraqlarına cavab vermir”, - deyə o bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı