Rusiya dəfələrlə Avropa Birliyinin (AB) Ermənistanda hərbiləşdirilmiş mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Sübutlar göz qabağındadır. Bu missiyanın antirusiya, antiazərbaycan və antiiran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub”, - Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, AB-dən hərbi-siyasi baxımdan sabitliyinin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil:
“Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və bunu etmək mümkündür”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı