Ukrayna ordusu əks-hücum nəticəsində Çasov Yardan şimalda yerləşən Kalinovka qəsəbəsini azad edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşrinin eksperti Yulian Röpke məlumat verib.
“Baxmutun qərbindəki Çasov Yar istiqamətində rus ordusu ikiqat zərbə taktikasından istifadə edir. Ruslar həm şəhərin şərqində yerləşən Kanal mikrorayonuna birbaşa hücum edir, həm də cinahlardan onu ötüb keçir. Aprelin sonunda onlar cənubda irəliləyərək Severski Donets-Donbas kanalına çatdılar. Şimalda bu yaxınlarda Kalinovka kəndini tutdular. Mikrorayon tamamilə dağıdılsa da, ukraynalı döyüşçülərin əlində qalmışdı. Ötən gün Ukrayna ordusu uğurlu əks-hücuma keçərək Kalinovkanı geri alıblar”, - o bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı