“30 Seconds to Mars” qrupu dünya turnesi çərçivəsində ilk dəfə Bakıda konsert verəcək.
BUTA.TV xəbər verir ki, konsert 2024-cü il oktyabrın 22-də Milli Gimnastika Arenasında keçiriləcək. Biletlər iyunun 11-dən satışa çıxarılacaq.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindən olan, art-rok üslubunda ifa edən “30 seconds to Mars” 1998-ci ildə Cared və Şennon Leto qardaşları tərəfindən yaradılıb.
Qrupun debüt albomu “30 Seconds to Mars” (2002) uğurlu olmasa da ikinci “A Beautiful Lie” (2005) çox məşhurluq qazanıb.
Qrup, fəlsəfi və dini, konseptual albomlar və eksperimental musiqidən istifadə edərək, müxtəlif janrların elementlərinin birləşməsi ilə tanınır. “30 Seconds to Mars” karyerasında “Ginnes” rekordu da daxil olmaqla, çox sayda mükafat qazanıb.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı