Əfsanəvi İrəvan qalasının nadir görüntüləri yayılıb.
Kult.az xəbər verir ki, kadrlar ABŞ hərbi missiyasının Türkiyə və Ermənistana səfəri çərçivəsində 1919-cu ildə lentə alınıb.
Videoda 1679-ci il 4 iyulda baş vermiş dağıdıcı zəlzələdən sonra Çuxursəəd bəylərbəyi Zal Xan tərəfindən tikilmiş qala divarlarını görmək mümkündür.
Qala divarları sonuncu dəfə Hüseynqulu xan (1808-28) tərəfindən bərpa edilib.
Kadrlardan da göründüyü kimi, qala divarlarının ölçüləri əzəmətli görkəmə malikdir və bütün şəhəri əhatə edir. Aşağı hissədə yaşıllıqlar salınıb.
Bu gün Ermənistan hökumətinin səyi nəticəsində azərbaycanlıları və Azərbaycan hökmdarlarını xatırlatmamaq üçün qalanın divarları tamamilə dağıdılıb.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı