Özbəkistanın dəstəyini unutmayacağıq - Ərdoğan

22:56 - 6 İyun 2024 - GÜNDƏM

 Özbəkistanın dəstəyini unutmayacağıq - Ərdoğan

Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının birləşməsində mühüm rol oynayır. 2019-cu ildə Özbəkistanın TDT-yə daxil olması ilə türk dövlətləri ailəsi daha da möhkəmlənib.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 6-da Ankarada özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə birgə mətbuat konfransında deyib.

Türkiyə lideri vurğulayıb ki, Ankara Daşkəndi həm kədərli, həm də sevincli günündə dəstəkləməyə hazırdır.

“2023-cü ilin fevral zəlzələlərindən sonrakı dövrdə Türkiyəyə göstərilən dəstəyi unutmayacağıq. Bu, fəlakət zonasına 700 tona qədər humanitar yardım göndərmiş özbək qardaşlarımıza da aiddir”, - deyə Ərdoğan bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla Əliyeva ona qolbağını bağışladı

Türkiyə Prezidenti Özbəkistanın dəstəyi ilə Hatay əyalətində 306 yaşayış binasının tikintisi layihəsini də vurğulayıb.

“Bu yaşayış massivi ölkələrimizin əbədi dostluğunun simvolu olacaq. Qardaş özbək xalqına minnətdaram”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.

Ərdoğan Özbəkistanı qlobal arenada əhəmiyyəti gündən-günə artan dövlət adlandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol