Moskva və Bakı Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsini hazırlayır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında güclü mədəni əlaqələr mövcuddur.
“Biz mədəniyyət sahəsindəki bu şanlı ənənəni davam etdirmək istəyirik. Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsi var. Gənclər arasında mədəniyyət abidələrimizə qayğıkeş münasibətin formalaşdırılması baxımından həyata keçirəcəyimiz bir sıra digər layihələrimiz də var”, - o bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı