44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov vəfat edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, A.Məlikovun halı qəfil pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar. Qazi iyunun 3-də, doğum gününə bir gün qalmış Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Azad Məlikovun yaxın qohumu sayta açıqlamasında onun daimi şəkildə müalicə aldığını deyib:
“Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə alsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.
İyunun 4-ü doğum günü olacaqdı, 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı olan Azad subay idi”.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı