Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əmək haqqı 1300 manatdır.
BUTA.TV xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır:
“Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur”.
E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq:
"Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq".
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı