Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavodunda partlayışlar baş verib və güclü yanğın başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumatı Rostov vilayətinin qubernatoru Vasili Qolubev də təsdiqləyib və bildirib ki, “Novoşaxtinsk” neft emalı zavodu Ukrayna PUA-ları tərəfindən vurulub:
“PUA hücumu nəticəsində “Novoşaxtinsk” neft emalı zavodunda yanğın baş verib. Aidiyyatı qurumlar hadisə yerindədir. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”.
Qeyd edək ki, bu, Ukrayna PUA-larının “Novoşaxtinsk” neft emalı zavoduna üçüncü zərbəsidir.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı