Fələstin-İsrail məsələsində Rusiyanın mövqeyi konyukturaya tabe deyil: münaqişə iki dövlət yaratmaqla həll edilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, siyasi məsələləri həll etmək gərəkdir.
“Onlardan ən başlıcası BMT qərarında nəzərdə tutulduğu iki dövlət - Fələstin dövləti və yəhudi dövlətinin yaradılmasıdır. Ona görə də əsas məsələləri həll etmədən, hesab edirəm ki, məsələni mahiyyəti üzrə həll etmək çətin ki, mümkün olsun. Deməliyəm ki, bu mənada Rusiyanın mövqeyi prinsipialdır, o, konyukturaya tabe deyil. Biz Fələstin dövlətini hələ Sovet dövründən tanımışıq. Bu mənada bizim mövqeyimiz dəyişməyib”, - deyə dövlət başçısı bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı