Elm və təhsil nazirinin müvafiq əmri ilə Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunub.
Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, Günay Mahmudova 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetinin Biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib.
2010-2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013-2014-cü illərdə Qax rayon təhsil şöbəsində metodist, 2014-2022-ci illərdə metodik kabinetin direktoru vəzifələrində çalışıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I,II və IV qrant müsabiqələrinin qalibi olub.
2022-ci ilin aprelin 29-dan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 19 dekabr 2023-cü ildən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.
Evlidir, 2 övladı var.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək