Hər şey Avro-5 benzininin istehsalı və satışı ilə bağlı prosesin hansı formada təşkil ediləcəyindən asılı olacaq.
Bu sözləri BUTA.TV-a Avro-5 benzininin ölkəmizdə istehsalının daxildəki yanacaq qiymətlərinin ucuzlaşmasına səbəb olub-olmayacağı haqqında danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Ekspert benzinin ucuzlaşması üçün lazım olan şərtlərdən danışıb:
“Əgər Avro-5 yanacağının satışı üçün bazarda rəqabətli mühit və digər bazar iştirakçılarının da bu məhsulu idxalına imkan yaradılsa, qiymətlərdə ucuzlaşma ola bilər. Fikrimcə, qiymət ucuzlaşması olmayacaq. Çünki məhsulu istehsal edən də, idxalçı da SOCAR-dır”.
Xatırladaq ki, verilən rəsmi açıqlamaya görə, Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu aydan etibarən Avro-5 ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək