Macarıstan Azərbaycanın illik hasilat həcmi 30 milyard kubmetr qaz təşkil edən "Şahdəniz" qaz yatağında pay əldə edəcək.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bugünkü mətbuat konfransında deyib.
O əlavə edib ki, Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil:
"Azərbaycan Macarıstanın enerji təhlükəsizliyində çox önəmli bir oyunçudur. Bu isə uzunmüddətli sabitliyi təmin edir. Bu il ilk dəfə Macarıstan SOCAR-dan 50 min kubmetr qaz hasil edib. Eyni zamanda, Macarıstanın Azərbaycanın yaşıl enerji sektoruna yatırdığı investisiyalar 2 milyard dollara çatıb”.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək