Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Megion şəhərinin məhkəməsində bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki döyüb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, 2023-cü ilin fevralında Qoliklə sahibkar Quliyevin övladları arasında baş verən insidentin araşdırıldığı məhkəmə prosesinin keçirildiyi zalı tərk etdikdən sonra proses tərəfləri söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb və Quliyevin kiçik oğlu güc göstərmək qərarına gəlib. O, Qolikə güclü zərbə endirir.
Bu hadisədən sonra mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alaraq, hüquq-mühafizə orqanlarına məlumat verib.
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək