Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan şəxs həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) BUTA.TV-a verilən məlumata görə, Bakı şəhər sakini Şəmsi Vəliyev idarə etdiyi VAZ-21074 markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai rayon DYP şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq sənədləşdirmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Vəliyevin əməlinə hüquqi qiymət verilərək o, inzibati qaydada həbs edilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə daha bir qayda pozuntusu daha aşkar edilib. Belə ki, Bakı şəhər sakini Kənan Yusubov VAZ markalı avtomobil üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi apararaq onu bu vəziyyətdə idarə etdiyi üçün saxlanılıb, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməklə barəsində inzibati tənbeh tədbiri görülüb.
Bir daha sürücülərin diqqətini çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür