Ermənistan İstintaq Komitəsi 29 yaşlı vətəndaşa qarşı “Vətən naminə Tavuş” qisasçı hərəkatın aksiyalarında iştirak etmək üçün insanlara rüşvət vermək ittihamı ilə iş açıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“İnternetdə iki nəfərin söhbətinin səs yazısı dərc edildikdən sonra cinayət işi başlanıb. Həmin səs yazısında onlardan biri müxalifət hərəkatının mitinqlərində iştiraka görə ona vəd edilən məbləğin tam ödənilməməsindən şikayət edir. Keçirilən əməliyyat tədbirləri zamanı həmin şəxslərin şəxsiyyəti, adları və məbləğləri göstərilən dəftərlərlə birlikdə müəyyən edilib. Daxil olan məlumat əsasında Kotayk (Yelqovan) rayonunda məskunlaşan 29 yaşlı şəxs saxlanılıb. O, 4 nəfərə etiraz aksiyalarında iştirak etmək üçün 5 min dram (12 dollar - red.) rüşvət verməkdə ittiham olunur”, - məlumatda deyilir.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür