Çin Xalq Respublikasının Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı mövqeyi sabit mövqedir və hələ də bu mövqedə davam etmək istəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
“Pekin İran və Birləşmiş Ərəb Əmirlikləri arasındakı fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə çağırır”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Çin və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində hazırda İran nəzarətində olan 3 adanın BƏƏ-ə məxsus olduğu vurğulanıb. Bundan sonra Çin Xalq Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran XİN Çin hökumətinin Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki 3 adaya qarşı iddialarını dəstəkləməsinə etiraz edərək, Pekinin İranın strateji müttəfiqi olduğuna görə məsələ ilə bağlı mövqeyində dəyişiklik etməsini istəyib.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür