Türkiyədə Qurban bayramı tətili 9 gün olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib.
“İctimai sahədə işləyən işçilərimiz üçün 16 iyun tarixində başlayacaq Qurban bayramından sonrakı 2 iş gününü - cümə axşamı və cümə günlərini (20-21 iyun) də qeyri-iş günləri siyahısına alaraq, 9 günlük tətil imkanı yaradırıq”, - o deyib.
Qeyd edək ki, Türkiyədə Qurban bayramı tətili 16-19 iyun tarixlərini əhatə edir. 15 iyun – şənbə günündən növbəti bazara - 23 iyuna qədər Türkiyədə qeyri-iş günləri olacaq.
Azərbaycanda Qurban bayramı və Qurtuluş Günü ilə bağlı qeyri-iş günləri 15 iyunda başlayacaq və 19 iyuna qədər (5 gün) davam edəcək.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür