Separatçıların Qarabağdan İrəvana qaçdıqdan sonra yaratdıqları qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin üzvlərinin yenidən Avropa “turnesi” başlayıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma “komitə” Avropada növbəti görüşlər keçirməyi planlaşdırır.
“Joxovurd” qəzeti yazır ki, qondarma “komitənin” “ermənilərin Qarabağa qayıdışı üçün beynəlxalq zəmanətin əldə edilməsi”ndən ibarət olan gündəliyi dəyişməyib. Qəzetin məlumatına görə, qondarma “komitə”yə “daşnaksütyun” partiyasının Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, bu partiyadan olan Mario Nalbandyan, eləcə də separatçıların keçmiş “deputatı” Geqam Stepanyan və Respublika Partiyasından olan keçmiş deputat Karen Bekaryan da cəlb edilib.
Qeyd edək ki, qondarma “komitə”nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir. Oskanyanın rəhbərlik etdiyi təxribatçı qrup indiyə qədər Avropanın müxtəlif ölkələrində və ABŞ-da görüşlər keçirib.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür