Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
BUTA.TV xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.
Mayın 31-də baş tutan ilk oyunda milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Türkiyə seçməsinin aktivində 6, Azərbaycan yığmasında isə 4 xal var.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü