Əziz azarkeşlər, bu mövsüm bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ" komandası ilə yollarını ayıran Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı qolkiper uğur və uğursuzluq dövründə həmişə komandanın yanında olan azarkeşlərə təşəkkür edib:
"Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm".
Qeyd edək ki, 2023-cü ilin yayından “köhlən atlar”da çıxış edən A.Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü