Azərbaycanlı gənc geyimindəki yazıya görə Rusiyadan qovulub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Məlumata görə, Həştərxan hava limanında saxlanılan azərbaycanlı Cəlal Əlizadənin sviterinin üzərində Ukrayna bayrağının rəngləri olan “USQ”(Ukrayna Silahlı Qüvvələri) hərfləri olub.
Rusiya hüquq-mühafizə orqanları bunu ictimai aksiya vasitəsi ilə “xüsusi hərbi əməliyyatın keçirilməsinə inamı sarsıtmaq” kimi qəbul edib.
Təqsirləndirilən şəxs köynəyindəki abbreviaturanın mənasını bilmədiyini və ittihamla razılaşmadığını desə də, Həştərxan məhkəməsi onu Rusiya ordusunun gözdən salınması maddəsi ilə təqsirli bilib.
C.Əlizadənin 30 min rubl cərimələnərək, Rusiyadan qovulmasına qərar verilib.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü