Ermənistan parlamentində xarici işlər naziri Ararat Mirzoyanla müxalifətdən olan deputat Artsvik Minasyan arasında gərginlik yaşanıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, gərginliyə səbəb ermənilərin Qarabağa geri dönməsi ilə bağlı Mirzoyana ünvanlanan sual olub.
Minasyan hökumətin bu istiqamətdə nə addım atdığını soruşanda Mirzoyan onun “ermənilərin geri qayıtması” dedikdə nəyi nəzərdə tutmasını öyrənmək istəyib:
“Əgər bu, müstəqil Dağlıq Qarabağ və ya 2019-cu ildə mövcud olmuş status-kvodursa, siz onu minimum 4000 qurbanın hesabına etməyə hazırsınızmı? Siz müharibə təklif edirsiniz. Baş nazirliyinə növbəti namizədiniz deyir ki, hərbçilər ölməlidir, bu onların işidir”.
Minasyanın “ermənilər Qarabağa beynəlxalq zəmanət və müəyyən muxtariyyət altında geri dönüb yaşamalıdırlar” fikrinə Mirzoyan belə cavab verib:
“Qarabağda ermənilər olanda biz təklif edirdik ki, gəlin müstəqillik tələbini azaldaq, amma bizə deyirdilər ki, siz satqınsınız, tiransınız, türksünüz, alçaqsınız”.
Qeyd edək ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti 2023-cü il sentyabrında keçirdiyi antiterror əməliyyatı nəticəsində bərpa edib. Bundan sonra ermənilər ərazini tərk edib. Azərbaycan onların geri dönməsinə heç bir maneə yaratmadığını, yeganə şərtinin ölkənin vətəndaşlığını qəbul etmək olduğunu bildirib.
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat
- Bağça müəllimi bıçağı qızdırıb 3 yaşlı uşağın əlinə basıb? - Video