Dövlət Dumasının deputatı və Çeçenistan hökuməti rəhbərinin müavini Adam Delimxanov Duma sədrinin müavini Vladislav Davankovun müəllifi olduğu, məktəblərdə dini geyim geyinməyi qadağan etməyə imkan verən qanun layihəsini tənqid edib.
BUTA.TV xəbər verir ki, Delimxanov bu barədə özünün Teleqram kanalında yazıb.
“Təbii ki, biz bu qanun layihəsini dəstəkləməyəcəyik. Davankova niqab və hicab arasındakı fərqi izah etmək istəyirəm. Niqab üzü örtən qadın geyimidir, hicab isə üzü örtmür. Biz özümüz niqabı bəyənmirik, amma hicaba gəlincə, bu müsəlman qadının dini borcudur. Davankov kiməsə dini əmrlərə tabe olmağı qadağan etmək istəyirsə, bu, dini etiqad azadlığını təmin edən Rusiya Konstitusiyasına birbaşa ziddir”, - deyə o bildirib.
O, bu təşəbbüsün cəmiyyətdə parçalanmaya səbəb ola biləcəyini vurğulayıb:
“Əgər Davankov və ya başqası dini ənənəvi dəyərlərin və adətlərin nə olduğunu başa düşmürsə, biz bunu ona və başqalarına aydın şəkildə izah edəcəyik”.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - VİDEO
- Bu ərazilərdə güclü külək əsir
- “Azercell”in rəqəmsal ekosistemin gücləndirilməsinə töhfəsi...
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...