İyunun 4-də Krımın Simferopol rayon məhkəməsində “Rossiya Seqodnya” media qrupunun Krım nümayəndəliyinin keçmiş rəhbəri Svetlana Babayevanın ölümü ilə bağlı işə baxılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilib ki, iyunun 3-də məhkəmə şahidlərin ifadələrinin bir hissəsini dinləyib. İlk görüş mayın 15-də baş tutub. RusiyaFederasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb) ilə təqsirləndirilən İqor Malev məhkəmə zalında günahını etiraf edib və baş verənlərdən peşman olduğunu bildirib.
Onun vəkili deyib ki, Babayevanın ölümü döyüşə yaxın şəraitdə birgə təlim zamanı Malevin yerə atəş açması nəticəsində təsadüfən olub.
Qeyd edək ki, 2022-ci ildə Svetlana Babayeva Krımda hərbi idman atıcılığı ilə təlimlərin keçirildiyi poliqonlardan birində baş vermiş qəza nəticəsində ölüb.
- Qazinin faciəli ölümü ilə bağlı təfərrüat
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat