Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.
Məlumatda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında mayın 31-də baş tutan görüşün təfərrüatları açıqlanıb.
“Milli neft-qaz şirkətləri arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Neft-qaz sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan tərəfi Qazaxıstanın neft yataqlarına investisiya qoyuluşu imkanlarına maraq göstərir və nəzərdən keçirir”, - səfirlikdən bildirilib.
A.Bayel xatırladıb ki, 2023-cü ildə Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan ərazisindən Qazaxıstan neftinin tədarükünə başlanılıb. 2023-cü ildə 1 milyon 057 min ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində göndərilib.
“Hazırda tərəflər həcmin daha da artırılması imkanlarını araşdırır. Qazaxıstan Azərbaycanın Bakı-Supsa neft kəmərindən istifadə təklifini də öyrənir. Bu istiqamətdə tədarüklər kommersiya şərtlərindən asılı olacaq”, - səfirlik qeyd edib.
Xatırladaq ki, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Tengiz” yatağından Bakı-Tiflis-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar.
- Qazinin faciəli ölümü ilə bağlı təfərrüat
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat