Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüş keçirib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, görüşdə Mirzoyan sülh prosesi haqda məlumat verib.
“Hraparak” nəşri yazır ki, Mirzoyan iki həftə əvvəl Ceyhun Bayramovla keçirdiyi görüş haqda danışıb.
“Bildirib ki, Azərbaycan sülh sazişində Alma-Ata bəyannaməsinə istinad edilməsini qəbul etmir. Bu, Bakının hədəflərinin böyük olduğunu göstərir. Nikol Paşinyan daha öncə bununla bağlı razılaşma olduğunu demişdi, lakin Mirzoyan qapalı görüşdə onun dediklərini təkzib edib”, - nəşr yazır.
- Qazinin faciəli ölümü ilə bağlı təfərrüat
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat