Ermənistan İstintaq Komitəsi erməni jurnalist Jirayr Voskanyanın şikayəti əsasında rusiyayönlü bloger Mika Badalyana cinayət işi açıb.
BUTA.TV xəbər verir ki, bu barədə İstintaq Komitəsindən məlumat yayılıb.
Voskanyan hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, mayın 5-də axşam İrəvanın mərkəzindəki klubların birində Badalyan və dostları onunla mübahisə edib, ədəbsiz barmaq işarəsi göstərib və fiziki zərər veriblər.
“Daxil olan məlumatla bağlı “bir qrup şəxs tərəfindən xuliqanlıq” və “özbaşınalıq” maddələri ilə cinayət işi başlanıb. Voskanyan zərərçəkmiş kimi tanınıb”, - məlumatda qeyd olunub.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu