Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 9-u gündüzədək davam edəcək.
Bu sözləri BUTA.TV-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında mayın 8-i gündüzədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi bu gün gündüz saatlarına qədər tədricən mülayimləşəcək. Bölgələrdə də yağıntıların 9-u gündüz saatlarına qədər tədricən kəsiləcəyi gözlənilir”, - Məmmədova qeyd edib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu bu gün gündüz saatlarında 13-16, aran rayonlarında 15-20, dağlıq rayonlarında isə 6-11 dərəcə isti olacaq.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu