Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu uğurla həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə TGRT telekanalı məlumat yayıb.
Sınaqların texniki təfərrüatı barədə hələ ki, məlumat verilməyib.
“Uçuş hələ rəsmi olaraq təsdiqlənməyib. Fevralın 21-də ilk uçuşdan bəri mühəndislər qırıcının proqram təminatını, uçuş və döyüş xüsusiyyətlərini təkmilləşdirmək üçün yeni sistemləri birləşdirir”, - kanal bildirib.
Qeyd edək ki, fevralın 21-də Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı Mürted aviabazasından havaya qalxan “Kaan” qırıcısı 13 dəqiqə havada qalıb, sürəti saatda 420 km-dən çox, uçuş hündürlüyü isə 2,4 km olub.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi