COP29 qlobal miqyaslı hadisədir və Azərbaycan üçün bir növ çağırışdır, çünki belə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək tələbləri son dərəcə yüksəkdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
“Görürük ki, Fransa və Avropa Parlamenti bu sammiti necə pozmağa, beynəlxalq ictimaiyyəti buna qarşı çıxmağa inandırmağa çalışır. Ancaq gördüyümüz kimi, cəhdlər uğursuzluğa düçar olur. Çünki bütün dünya Azərbaycanın bu konfransın keçirilməsində hüquq və məsuliyyətini, imkanlarının səviyyəsini tanıdı. Bu, yüksək beynəlxalq tanınma və etimaddır. Bəzi Qərb qüvvələrinin sammiti pozmaq cəhdləri yeni fakt deyil və təəccüblü də deyil, kifayət qədər adi haldır. Bir an belə şübhə etmirəm ki, Bakıda COP29-u boykot etmək baxımından nə Fransa nəyəsə nail ola biləcək, nə də başqası”, - o bildirib.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi