Səhiyyə naziri Teymur Musayev elektron reseptlə bağlı əhaliyə çağırış edib.
BUTA.TV xəbər verir ki, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirdiyini və əlçatanlığı təmin edən platformaya çevriləcəyini bildirib.
Onun sözlərinə görə, elektron resept istər əczaçı, istərsə sıravi vətəndaş, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid platformadır:
“Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək. Yazılan bütün reseptlər tibb işçisinin və vətəndaşın mobil telefonunda qorunub saxlanılacaq. Buradan çağırış edirəm ki, hər kəs mobil tətbiqi öz telefonuna yükləsin. Çünki hər kəs bu sistemdən faydalanacaq”.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi