ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Vaşinqtonun Rusiyanın hərbi təcavüzü fonunda Ukraynaya davamlı dəstəyinin vacibliyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
O qeyd edib ki, Vaşinqtonun bu cür yardımı xüsusilə müharibənin genişlənməsinin qarşısını almaq üçün vacibdir:
“Ukraynanın yıxılmasına imkan verə bilmərik, çünki belə olarsa, Amerikanın münaqişəyə təkcə pulla deyil, həm də hərbi personalımızla müdaxiləsi ehtimalı böyükdür”.
Konqresmen əlavə edib ki, o, Putinin Sovet İttifaqını yenidən yaratmaq üçün başqa ölkələrdən daha çox ərazi ələ keçirməyə çalışdığına inanır:
“Kreml rəhbəri bu təcavüzdə NATO müttəfiqlərini hədələməkdə davam edəcək”.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto