Gənc bədii gimnastlardan ibarət Azərbaycan millisinin üzvü İlahə Bahadırova Bakıda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
BUTA.TV xəbər verir ki, o, topla hərəkətlərdə çıxışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Digər gimnastımız Gövhər İbrahimova isə halqalarla hərəkətlərdə yeddinci pilləni tutub.
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün - mayın 5-də yekun vurulacaq.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto