Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının efirində nümayiş etdirilib.
Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi – optika, radiator barmaqlığı, qabaq bamper, kapot dəyişdirilib. Qanadlar da dəyişib.
Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Xatırladaq ki, Rusiya Federasiyasının seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto