Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyinin Ukraynadakı vəziyyətdən asılı olduğunu düşünür.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Makron bu barədə “La Tribune” nəşrinə danışıb.
Fransa lideri hesab edir ki, Rusiya raketləri Ukraynaya yerləşdirilsə, Avropa təhlükə altına düşəcək:
“Ukrayna bizim sərhədlərimizdən 1500 km aralıda yerləşdiyi üçün avropalıların təhlükəsizliyi risk altındadır. Rusiya qalib gəlsə, nə Rumıniya, nə Polşa, nə Litva, nə də biz təhlükəsizlikdə olacağıq. Rusiya ballistik raketlərinin gücü və mənzili hamımızı risk altında qoyur”, – Makron bildirib.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...