Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək.
BUTA.TV xəbər verir ki, bu barədə diplomat X səhifəsində yazıb.
“Qarşıda bütün regiona fayda verəcək perspektivli imkanlardan istifadə etmək, həm də problemləri həll etmək üçün çox iş var. İndi mən Avropa Birliyi ilə mühüm münasibətləri, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması layihələri üçün də çox vacib olan Ankaraya gedirəm”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupman Ermənistan, Gürcüstan və sonda Azərbaycanda səfərdə olub.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...