Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.
BUTA.TV xəbər verir ki, Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa ibadətləri şənbə günündən bazara keçən gecə başlayıb. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar.
“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib.
Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə mayın 5-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
İsanın Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...